“Ermənistanın sərhədlə bağlı KTMT-yə müraciətinin heç bir əsası yoxdur”

15 May 2021 18:42    338 Baxış   
“Ermənistanın sərhədlə bağlı KTMT-yə müraciətinin heç bir əsası yoxdur”

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun tacikistanlı həmkarı Sirociddin Muhriddin ilə telefon danışığı baş tutub.

Dominant.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-dən məlumat verilib.

Nazir Ceyhun Bayramov Azərbaycan-Ermənistan sərhədində baş vermiş gərginliklə bağlı həmkarına məlumat verərək, Azərbaycan sərhəd qüvvələrinin ölkəmizə aid mövqelərdə yerləşdiyini və bu prosesin adi rejimdə və sistematik qaydada icra edildiyini qeyd edib.

Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirləri ilə bağlı, bundan öncə də bəzi narazılıqların olduğu, lakin onların üçtərəfli bəyanatı imzalayan tərəflərin iştirakı ilə danışıqlar yolu ilə həll edildiyi qarşı tərəfin diqqətinə çatdırılıb.

Sərhəddəki son gərginliklə bağlı AR Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin dərhal bölgəyə ezam edildiyi və qarşı tərəfin sərhədçiləri ilə danışıqların aparıldığı bildirilib.

Nazir Ceyhun Bayramov Ermənistanın bu məsələ ilə bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciətinin heç bir əsasının olmadığını və bunun Ermənistan rəhbər dairələri tərəfindən məsələnin siyasiləşdirmək cəhdindən başqa bir şey olmadığını KTMT-ya hazırda sədrlik edən Tacikistanın xarici işlər nazirinin diqqətinə çatdırıb.

Nazir Ceyhun Bayramov bu kimi gərginliklərin siyasi və danışıqlar yolu ilə həll ediıməli olduğunu vurğulayıb.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar