Fransa XİN Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü alqışlayıb

25 Sentyabr 2021 17:59    240 Baxış   
Fransa XİN Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü alqışlayıb

Fransa Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü alqışlayır.

Dominant.az xəbər verir ki, Fransanın xarici işlər naziri Jan-İv le Drian bununla bağlı rəsmi tvitter səhifəsində yazıb.


“Dünən - müharibədən bir il sonra baş tutan Ermənistan və Azərbaycan nazirlərinin görüşü müsbət addımdır. Davamlı sülhə nail olmaq üçün biz tam səfərbərik”, - nazirin paylaşımında deyilir.

Xatırladaq ki, BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində qarşı tərəfin təşəbbüsü əsasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk qrupunun həmsədrləri ABŞ-dan Endryu Şafer, Fransadan Stefan Viskonti və Rusiyadan İqor Xovayev, habelə həmsədrlərin iştirakı ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşləri olub. Görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar