"Görsək ki, Ermənistanda bizə qarşı hər hansı bir təhdid yaranır, biz o təhdidi məhv etməliyik"

27 Sentyabr 2021 17:17    139 Baxış   
"Görsək ki, Ermənistanda bizə qarşı hər hansı bir təhdid yaranır, biz o təhdidi məhv etməliyik"

“Qarabağda yaşayan erməniləri öz vətəndaşlarımız sayırıq. Onlar Azərbaycan torpaqlarında yaşayırlar. Qarabağ hər zaman Azərbaycan ərazisi olub. İstər sovet dövründə, istər əvvəlki dövrdə, istərsə də işğal dövründə Azərbaycan torpağı olub”.

Dominant.az-ın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Anadolu" agentliyinə müsahibəsində deyib.

“Biz onları Azərbaycan vətəndaşı hesab edirik. Sadəcə olaraq onlar bunu qəbul etməlidirlər. Onlar bu erməni probakandasından öz yaxalarını qurtarmalıdırlar. Onlar öz gələcəyini, uşaqlarının gələcəyini təmin etməlidirlər. Biz onları da bərpa-yenidənqurma işlərinə cəlb etməyə hazırıq. Niyə də etməyək? Biz gələcəyə strateji nöqteyi-nəzərdən, sülh prizmasından yanaşırıq. Çünki mən istəyirəm ki, bir də müharibə olmasın. Hər halda, biz müharibəyə başlamayacağıq - əgər Ermənistan tərəfində revanşist meyllər baş qaldırmasa. Əgər biz görsək ki, Ermənistanda bizə qarşı hər hansı bir təhdid yaranır, biz o təhdidi məhv etməliyik. Bu, bizim legitim hüququmuzdur. Amma bu təhdid olmasa, bizim başqa fikrimiz yoxdur”, - Prezident vurğulayıb.

(Report)



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar