Gürcüstanın baş naziri Azərbaycanın bu addımını alqışladı

12 İyun 2021 20:42    597 Baxış   
Gürcüstanın baş naziri Azərbaycanın bu addımını alqışladı

“Şadam ki, mənim aktiv dəstəyim və bizim strateji tərəfdaşımız ABŞ-ın dövlət katibinin köməkçisi Filip Rikerin iştirakı ilə Azərbaycan tərəfi saxlanılmış 15 Ermənistan vətəndaşını sərbəst buraxıb və onlar Gürcüstan ərazisi ilə ailələrinin yanına qayıdıblar”.

Dominant.az xəbər verir ki, bunu Gürcüstanın baş nazir İrakli Qaribaşvili öz Fasebook səhifəsində paylaşımında qeyd edib.

Daha sonra o yazib ki, Gürcüstanın fəal iştirakı Ermənistanın Azərbaycan tərəfinə minalanmış ərazilərlə bağlı vacib materialları təqdim etməsinə də imkan verib.

Hökumət başçısı Azərbaycan və Ermənistanın qərarlarını alqışlayaraq qeyd edib ki, bu, uzunmüddətli perspektivdə əməkdaşlıq atmosferinin yaradılması üçün zəmin olacaq.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar