İran Azərbaycanla quru sərhədi bağlayır

25 Dekabr 2021 16:01    968 Baxış   
İran Azərbaycanla quru sərhədi bağlayır

İran hökuməti COVİD-19-un Omikron ştammına qarşı görülən tədbirlər çərçivəsində bu gündən etibarən quru sərhədini 15 gün müddətinə bağlamağa qərar verib.

Dominant.az xəbər verir ki, bunu İran Gömrük Komitəsinin sözçüsü Ruhullah Lətifi ölkə mətbuatına açıqlamasında bildirib.

O qeyd edib ki, ticarətlə bağlı giriş-çıxışlara isə məhdudiyyət qoyulmayacaq:

“Qərar İran İslam Respublikasının Koronavirusla Mübarizə üzrə Qərargahı tərəfindən qəbul edilib.



Qərara əsasən, Türkiyə, İraq, Əfqanıstan, Azərbaycan, Ermənistan və Pakistanla olan quru sərhəd qapıları bu gündən etibarən 15 gün müddətində bağlı olacaq”.

(axar.az)



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar