İrəvandakı aksiyada deyirlər: “Ruslar bizim kiçik qardaşımızdır”

28 Fevral 2021 21:39    525 Baxış   
İrəvandakı aksiyada deyirlər:  “Ruslar bizim kiçik qardaşımızdır”

Rusiya nəşri Baqramyan prospektindəki aksiyadan yazır: “Rusiya ilə ittifaq dövlət olmaq istəyirik”

İrəvanda üç gündür davam edən aksiyalar Rusiya mediasının da diqqət mərkəzindədir.

“Komsomolskaya pravda” nəşrinin əməkdaşı Ermənistan paytaxtında bugünkü aklsiyada iştirak edənləri danışdırıb, ermənilərin mitinqlər, Paşinyan və ölkənin gələcəyi ilə bağlı düşüncələrini alıb.

Son hadisələrin baş nazir Nikol Paşinyanın “İsgəndər” raket-kompleksi haqda dediyi “10 faiz partladı” sözlərindən sonra başladığını yazan müəllif, Ermənistan prezidenti Armen Sərkisyanın Baş Qərargah rəisinin istefaya göndərmək barədə müraciəti qəbul etmədiyin qeyd edir. O da bildirilir ki, Paşinyanın təkrar müraciət edəcəyi halda, prezident baxılması üçün Ermənistanın Konstitusiya Məhkəməsinə göndərmək hüququ var. “Beləliklə, erməni gündəminin əsas məsələsinə çevrilən Baş Qərargah rəisinin istefaya göndərilməsi havadan asılı qalıb. Bununla yanaşı, müxalifətin “azadlıq hərəkatı” adlandırdığı hadisələri, hökumət “dövlət çevrilişi cəhdi” adlandırır.

“Əslində, bu, intiqam cəhdidir” deyə, qarabağlı tanışım Qaqik Köçəryan deyir. Bu gün müxalifət kimi küçəyə çıxanlar 2018-ci ildə nüfuzunu itirmiş adamlardır. Kimisi gücünü itirib, kimsi maliyyə axını imkanlarını. Bu gün ermənilərin əksəriyyətinin müxalifəti dəstəklədiyini düşünmək olmaz. 10 fazi əhali hazırkı baş naziri, 15 faiz isə müxalifəti dəstəkləyir. Çoxluq isə onların heç birinə inanmır. 2018-ci ildəki “məxməri inqilab”dan fərq isə Rusiyaya dəyişən münasibətdir. Həmin hadisələr zamanı etirazlarda açıq şəkildə anti-Rusiya əhvalı vardı. İndi isə əksinə, insanlar bizim şimal qonşumuzla ittifaqdan başqa yolumuz olmadığını başa düşdülər”.

Nəşr yazır ki, Baqramyan prospektindəki erməni etiirazçılar müxbirə Rusiyanın müharibəni bitirməsindəki rolundan minnətdarlıqla danışırlar.

“İki həftə əvvəl Rusiya ilə Yeni Birlik hərəkatını yaratdıq. Dağlıq Qarabağın keçmiş baş naziri Anuşavan Danelyan(qondarma “dqr” nəzərdə tutulur-red) deyir. Əsas məqsədimiz Rusiya ilə vahid dövlət yaratmaqdır. Belarus-Rusiya ittifaqı modelində. Bir çox adamlar bu hərəkatda iştirak etmək istədiklərini bildiriblər. Bu yaxınlarda Opera Evində bir neçə min nəfərlik qurultay keçirdik. Rusiyanın Ermənistandakı səfiri və Rusiya Federasiyasının bəzi mədəni nümayəndəlikləri bundan xəbərdardır. Bu barədə Rusiya Ermənilər Birliyinə məlumat verdik, onlardan da dəstək aldıq”.

Müxbir soruşub ki, Rusiya ilə belə bir birlik dövləti yaratmaq niyə lazımdır? Cavab: “Qərbyönümlülər özlərini yanlış yolda olduğuna artıq inandılar. Çünki müharibə zamanı kimin yanımızda durduğunu gördük. Etiraf etmək lazımdır ki, Rusiya vaxtında Qarabağa qoşun gətirməsəydi, tamamilə təslim olacaqdıq. Ancaq bu yalnız indi deyil, demək olar ki, iki yüz ildir belədir. Biz həmişə şahidi olmuşuq ki, Ermənistan xalqı var olub-olmamaq seçimi qarşısında qalanda Rusiya yanımızda idi. Həyat bizə hər şeyi öyrətdi. Rusiya ilə ittifaqa tərəfdar olan bir neçə partiya da yaratdığımız hərəkatının təşkilat komitəsinə qoşulub”.

Rusiyalı müxbirin meydandakı digər həmsöhbəti, “Erməni ənənələri” hərəkətatının lideri Artur Danelyan isə deyib ki, yaranmış vəziyyət ermənilərarası böhran deyil: “Ermənistandakı böhran ən azından regional böhrandır. Dörd ay ərzində Baş Qərargahımızın Nikol Paşinyanla problemi yox idi. Paşinyanla problemlər yalnız rus silahları haqqında xoşagəlməz danışmağa cəsarət etdikdən sonra ortaya çıxdı. Baş Qərargah öz sərt şərtini söylədikdən sonra Türkiyə Ermənistanda hərbi çevriliş cəhdinin qəbuledilməz olduğunu bildirdi. Sonra Amerika səfirliyi mövqe bildirdi. Dedilər ki, “uşaqlar, dava etməyin, hər ikiniz haqlısınız”. Bu, Ermənistanın iqtidar və müxalifətinə deyilmirdi. Türkiyə və Rusiya nəzərdə tutulurdu. Bu səbəbdən mən buradakı hadisələri ancaq müşahidə edə bilərəm, anlayıram ki, belə bir vəziyyətdə edə biləcəyim bir şey yoxdur”.

Artur müxbirin “ruslara münasibətiniz necədir” sualına da cavab verib: “Mənim ana dilim erməni dilidir, amma əvvəl rus dilində danışmağa başlamışam. Ruhumun bir hissəsi rus dilidir. İdeologiyamızın əsasını təşkil edən fatalizm, ümumiyyətlə rus pravoslavlarıdır, hətta buna “Dostoyevski fatalizmi” deyərdim. Bu mənim ruslara münasibətimi əvvəlcədən müəyyənləşdirir. Ruslar böyük qardaş sayılırlar. Heç kəsi incitmək istəmirəm, amma mənim üçün rusiyalı kiçik qardaşdır. Çünki hər ikimiz Bizansın uşaqlarıyıq, ancaq Ermənistan Bizansın fiziki varisidir. Kilsələrimiz Bizans memarlığının abidələri sayılır. Biz də Bizansın bir hissəsi idik. Bizans rəhbərlərinin ən azı 30 faizi ermənilər idi. Ancaq biz eyni valideynlərin övladlarıyıq. Və mən tam olaraq belə hiss edirəm ki, ruslar mənim kiçik qardaşlarımdır, amma güclüdürlər…”

Müxbir martın 1-də baş nazir Nikol Paşinyanın da tərəfdarlarını mitinqə çağırdığını yada salaraq, baş nazirin asanlıqla təslim olmayacağını yazıb.

Konkret.az




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar