“Kipr Türk Dövlətinin daha geniş formada tanınması üçün hər şeyi edəcəyik” - Ərdoğan

21 İyul 2021 16:41    241 Baxış   
“Kipr Türk Dövlətinin daha geniş formada tanınması üçün hər şeyi edəcəyik” -  Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu sürpriz mesajı verdi: “Kipr Türk Dövlətinin daha geniş formada tanınması üçün hər şeyi edəcəyik”.

Dominant.az “haber7”yə istinadən xəbər verir ki, Şimali Kipr Türk Cümhuriyyətinin ildönümü ilə bağlı toplantıda çıxış edən Ərdoğanın sözlərinə görə, artıq Kipr Türklərinin bir tələbi var, o da müstəqil dövlət statusunun tanınmasıdır: “Artıq Şimal, Cənub Kipr deyə bir anlam qalmayıb. Ona görə də ən qısa zamanda Kipr Türk Dövlətinin geniş bir çevrədə tanınması istiqamətində hər çeyi edəcəyik. Yaxın zamanlarda bunun nəticələrini görməyə başlayacağıq. Adada ikigünlük görüşlərimiz zamanı kiprli qardaşlarımızın bu məsələdə necə də qərarlı olduğunu gördük”.
Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar