Koronavirusa görə daha bir məktəb bağlandı

15 Martt 2021 19:17    741 Baxış   
Koronavirusa görə daha bir məktəb bağlandı

Ağdaşda orta məktəblərdən biri koronavirusa görə bağlanıb.

Dominant.az xəbər verir ki, Ağdaş şəhər Bəkir Nəbiyev adına tam orta məktəbdə 2 şagird və bir müəllimdə COVİD-19 testinin cavabı pozitiv çıxdığı üçün Ağdaş rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən həmin təhsil müəssisində bu gündən dərs prosesinin distant təhsilə keçirilməsinə dair qərar verilib.

Dərhal məktəb rəhbərliyi tərəfindən şagird və valideynlər xəbərdar edilib.

Qeyd edək ki, 2020-2021-ci tədris ilində bu günə kimi rayon üzrə təhsil müəssisələrində 35 şagird və 9 müəllimdə COVİD-19 virusu aşkar edilib.

Bakupost.az




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar