Kreml Putin-Paşinyan görüşü barədə məlumat yaydı

07 Aprelel 2021 12:17    912 Baxış   
Kreml Putin-Paşinyan görüşü barədə  məlumat yaydı

Bu gün Moskvada Rusiya prezidenti Vladimir Putinlə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək.

Dominant.az xəbər verir ki, görüşdə Dağlıq Qarabağdakı situasiya və Ermənistan-Rusiya strateji əməkdaşlığı müzakirə olunacaq.

"Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il bəyanatlarının reallaşdırılması, həmçinin, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası kontekstində regiondakı problemlərin həlli üçün atılacaq addımlar müzakirə ediləcək”- deyə Kremlin mətbuat xidmətinin açıqlamasında deyilir.

(modern.az)


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar