Lavrov və Mirzoyan arasında telefon danışığı olub

24 Noyabr 2021 20:10    333 Baxış   
Lavrov və Mirzoyan arasında telefon danışığı olub

Rusiya xarici işlər naziri Sergey Lavrov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı olub.

Dominant.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tərəflər Azərbaycan - Ermənistan sərhədindəki son vəziyyəti müzakirə ediblər.

Lavrov və Mirzoyan həmçinin 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvarda Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin imzaladığı üçtərəfli bəyanatlarda göstərilən öhdəliklərin yerinə yertirilməsi istiqamətində görülən işlər barədə də fikir mübadiləsi aparıblar.

(Modern.az)



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar