"Moskva görüşündən sonra Azərbaycan Ermənistana təzyiqlərini artıracaq" - Politoloq

21 İyul 2021 12:50    298 Baxış   
"Moskva görüşündən sonra Azərbaycan Ermənistana təzyiqlərini artıracaq" -  Politoloq

Moskva görüşündən sonra Azərbaycan Ermənistana təzyiqlərini artıracaq.

Şuşa Bəyannaməsindən sonra prezident İlham Əliyevin Rusiya rəhbəri V. Putinlə görüşü gözlənilirdi. Belə görüşün baş tutacağını R. T. Ərdoğanda qeyd etmişdi. Rusiya konkret olaraq Türkiyə hərbi bazasının rəsmi şəkildə Azərbaycanda varlığını qəbul etmir. Bunu NATO bazası kimi xarakterizə edir.

Qeyd edim ki, prezident İlham Əliyevin Rusiya işgüzar səfəri digər səfərlərdən fərqli olaraq "Şuşa" bəyannaməsi fonunda Türkiyənin müttəfiqi olaraq baş tutmuşdu. Bu səfər çərçivəsində heç bir sənəd imzalanmasada, şifahi razılaşmalar və üçtərəfli imzalanan sənədlərin yaxın perspektivdə reallaşması istiqamətində razılığ əldə edilib. Rusiyanın burada səmimi olub-olmaması qısa zamanda özünü göstərəcək.

Ermənistan Baş naziri N. Paşinyan Fransa və ABŞ-ın birbaşa dəstəyi ilə əldə edilən anlaşmaları yerinə yetirməməyə çalışır, manevr edir. Bu da Rusiyanın vasitəçi olaraq Azərbaycana mümkün təzyiqlərinə yol açır. Konkret olaraq Rusiyada, Ermənistanda manipulyasiya edir və prosesləri başqa bir məcraya daşımağa yönləndirir. Azərbaycanın da yalnız əsas təsir rıçaqı Ermənistana, Qarabağdakı separatçılara zərbə vurmaqdır.

Rusiya əsas vasitəçi olaraq 10 noyabr və 11 yanvar razılaşmalarının reallaşması üçün addımlar atmaycaqsa, sərhəddə və Qarabağda ermənilərn yaşadığı ərazidə hərbi vəziyyət gərginləşə bilər.

Rusiya tərəfinin əsas istəyi Azərbaycanın KTMT müşahidəçi statusu almaqdır. Kreml görünür mesaj veriri ki, Azərbaycan buna gedəcəyi təqdirdə, Moskva üç tərəfli anlaşmaların reallaşmasına gedə bilər.

Məhəmməd Əsədullazadə


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar