"O hədəf nəzarətə götürüldükdən sonra məsələ, demək olar ki, bitir" - Politoloq açıqladı

20 Oktyabr 2020 11:53    1603 Baxış   
"O hədəf nəzarətə götürüldükdən sonra məsələ, demək olar ki, bitir" -  Politoloq açıqladı

"Həmsədr ölkələr hələ də baza prinsiplərindən danışır. Belə çıxır ki, cəbhədəki real vəziyyətdən xəbərləri yoxdur. Ya da xəbərləri var, sadəcə, missiyalarının iflasa uğradığını etiraf etməmək üçün özlərini o yerə qoymurlar".

Domianant.az xəbər verir ki, bunu politoloq Şahin Cəfərli bildirib.

Ş.Cəfərli qeyd edib ki, Azərbaycanın baza prinsiplərindən danışması və bütün görüş təşəbbüslərinə razılıq verməsi isə bu mərhələdə ağıllı diplomatiya kimi görünür.

Politoloq cəbhədəki real vəziyyət barədə də fikir bildirib: "Erməni tərəfinin məlumatına görə, hazırda döyüşlər Qubadlının Xanlıq kəndi istiqamətində gedir. Xanlıq Həkəri çayının sahilində, Qubadlı rayon mərkəzindən 18 km aralıda və Laçın yolunun üstündə yerləşir. Ermənilər İşxanadzor adlandırdıqları bu kənddə qanunsuz məskunlaşdırma aparmışdılar və tütünçülüklə məşğul idilər".


"Azərbaycan Müdafiə Nazirliyi Qubadlı istiqamətində əməliyyatlar aparıldığını açıqladığı üçün bu məlumatı açıqladım. Bu istiqamətdə strateji hədəfin hara olduğunu yəqin ki, anladınız. O hədəf nəzarətə götürüldükdən sonra məsələ, demək olar ki, bitir", - politoloq vurğulayıb.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar