Oğurluq Hikmət Mirzəyevin yaxın qohumunun evində baş verib - RƏSMİ

13 Dekabr 2021 10:12    582 Baxış   
Oğurluq Hikmət Mirzəyevin yaxın qohumunun evində baş verib -  RƏSMİ

Ötən gün KİV-lərdə Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyevin evindən oğurluq edilməsi ilə bağlı məlumatlar araşdırılıb. Oğurluğun onun yaxın qohumunun bağ evində baş verdiyi məlum olub.

Bu barədə dominant.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məlumat verib.

E.Zahidov bildirib ki, baş vermiş oğurluq hadisəsi ilə bağlı araşdırmalara başlanılıb:

“Oğurluğu törətmiş şəxslərin müəyyən edilməsi və saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir”.

Qeyd edək ki, yayılan məlumatda hadisənin Saray qəsəbəsində yerləşən evdə baş verdiyi, evdən külli miqdarda oğurlandığı bildirilib. Oğurluğun generalın evində baş verdiyi iddia edilsə də, DİN dərhal məlumatı təkzib etmişdi.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar