Ombudsman deputatlarla “söz atışması”na çıxdı

18 Dekabr 2021 13:35    614 Baxış   
Ombudsman deputatlarla “söz atışması”na çıxdı

Ermənistanda ombudsman Arman Tatoyanla hakimiyyətdə olan “Mülki müqavilə” partiyasının deputatları arasında münasibətlər kəskinləşib.

Dominant.az xəbər verir ki, A.Tatoyan Facebook-da hakim “Mülki müqavilə” partiyasının deputatlarının bəyanatlarına reaksiya verməyə məcbur olduğunu bildirib.

Ombudsmanın sözlərinə görə, deputatlar öz bəyanatları ilə onun bu günə qədər vəzifədə olmasının onların “tolerantlığının” nəticəsi olduğu görüntüsü yaratmağa çalışırlar.


"Bundan başqa, göstərilir ki, hakim fraksiya hüquq müdafiəçisinin fəaliyyətini heç vaxt dəyərləndirməyib, bunu nailiyyət kimi təqdim edib. Mən tam məsuliyyətlə bəyan edirəm ki, bu cür bəyanatlar reallığa uyğun deyil", - Ermənistan ombudsmanı vurğulayıb.

Tatoyanın sözlərinə görə, insan hüquqlarının müdafiəçisi kimi fəaliyyəti dövründə, xüsusən də müharibədən sonra müxtəlif üsullarla - bir sıra yüksək rütbəli məmurların işi dayandırmaq və ya əhəmiyyətli dərəcədə azaltmaq barədə açıq tələblərindən tutmuş, təzyiq göstərməyə cəhdlər edilib.

Müharibədən sonrakı problemlər maliyyənin azaldılması cəhdləri və ombudsman aparatına xidmət göstərən avtomobillərin sayının azaldılması ilə bağlı olub.

“Ombudsmana qarşı mütəşəkkil kampaniyalar, o cümlədən qanunvericilik və icra hakimiyyəti orqanlarının yüksək vəzifəli şəxslərinin iştirakı ilə aparılıb”, - Tatoyan bildirib.

Hüquq müdafiəçisinin sözlərinə görə, çətinliklərə baxmayaraq, onun ofisinin əməkdaşları özlərini zərərçəkmiş kimi göstərmək niyyətində deyillər. Tatoyan vurğulayıb ki, bütün bu müddət ərzində o, siyasi laqeydlik və qərəzsizlik prinsipləri əsasında müstəsna olaraq insan haqları fəaliyyəti ilə məşğul olub.

Qeyd edək ki, hazırkı Ombudsman Arman Tatoyanın səlahiyyət müddəti 2022-ci il fevralın 23-də başa çatır. Hakim fraksiya bu posta namizəd kimi Ermənistan ədliyyə nazirinin müavini Kristin Qriqoryanı irəli sürüb.

(Modern.az)



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar