Ordunun müasir hərbi texnika təminatı prioritet xərc istiqamətlərindən birini təşkil edəcək

08 Sentyabr 2021 21:44    825 Baxış   
Ordunun müasir hərbi texnika təminatı prioritet xərc istiqamətlərindən birini təşkil edəcək

Növbəti illərdə işğaldan azad edilmiş ərazilərdə dövlət sərhədlərinin bərqərar edilməsi, mühafizəsi və müdafiəsinin təşkili, ərazilərin minalardan təmizlənməsi, təhlükəsizliyin təmin olunması üçün zəruri hərbi infrastrukturun yaradılması, hərbçilərin sosial-məişət və xidmət şəraitinin yaxşılaşdırılması, şəxsi heyətin komplektləşdirilməsi, hərbi hissələrdə döyüş hazırlığının yüksək səviyyədə saxlanılması istiqamətlərində görüləcək zəruri tədbirlər büdcə siyasəti çərçivəsində dəstəklənəcək.

Dominant.az-ın xəbərinə görə, bu barədə Maliyyə Nazirliyinin 2022-ci il üçün icmal büdcəsinin proqnozunda əksini tapıb.

Sənəddə qeyd edilib ki, bununla yanaşı, ordu quruculuğu sahəsində aparılacaq islahatlar çərçivəsində ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, onun müasir hərbi texnika və silahsursatla təchizatı, müdafiə sənayesinin təkmilləşdirilməsi və digər müdafiə xarakterli layihələr və tədbirlər üçün maliyyə təminatının yaradılması ortamüddətli dövr ərzində prioritet xərc istiqamətlərindən birini təşkil edəcək.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar