Pakistan XİN başçısı Kabilə səfər etdi

21 Oktyabr 2021 22:01    180 Baxış   
Pakistan XİN başçısı Kabilə səfər etdi

Pakistanın xarici işlər naziri Şah Mahmud Qureyşi Əfqanıstana səfər edib.

Dominant.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bu, Qureyşinin “Taliban” hərəkatının Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra bu ölkəyə etdiyi ilk səfərdir.

Görüşdən sonra Əfqanıstan prezident sarayının qarşısında jurnalistlərə açıqlama verən Qureyşi sərhədlərarası hərəkət və ticarət mövzusunda ətraflı danışıqlar apardığını və məsələlərin həllini yekunlaşdırmaq üçün “Taliban” nümayəndə heyətinin yaxın günlərdə İslamabada səfər edəcəyini bildirib.

(Modern.az)



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar