Paşinyan nazir müavinini işdən çıxardı

21 İyul 2021 17:19    313 Baxış   
Paşinyan nazir müavinini işdən çıxardı

Ermənistan müdafiə nazirinin müavini Suren Saakyan tutduğu vəzifədən azad edilib.

Dominant.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri səlahiyyətlərinin icra edən Nikol Paşinyan sərəncam imzalayıb.

Bir müddət əvvəl Nikol Paşinyanın qərarı ilə Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının birinci müavini Arşak Karapetyan müdafiə nazirinin birinci müavini təyin olunub. O, faktiki olaraq müdafiə naziri vəzifəsini icra edəcək.

Xatırladaq ki, iyulun 20-də müdafiə naziri Vaqarşak Arutyunyan tutduğu vəzifədən azad olunub.

(Report)


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar