Paşinyan: “Türkiyə ilə avtomobil və dəmir yollarının açılmasını istəyirik”

08 Sentyabr 2021 12:55    2801 Baxış   
Paşinyan: “Türkiyə ilə avtomobil və dəmir yollarının açılmasını istəyirik”

Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxış edib.

Dominant.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Paşinyan çıxışı zamanı Türkiyə ilə diplomatik münasibətlərin qurulması və sərhədlərin açılmasından söz açıb.

“Türkiyə prezidenti Ermənistanla münasibətlərin nizamlanmasından danışıb. Bu açıqlamalarda Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması, avtomobil və dəmir yolu xətlərinin açılması imkanını görürük. Biz bu cür danışıqlara hazırıq”.

Paşinyan, eyni zamanda regionun Şərqlə Qərb və Şimalla Cənub arasında birləşdirici rol oynaya biləcəyini vurğulayıb. O, həmçinin Rusiya, ABŞ və Fransanın da Ankara ilə münasibətlərin bərpasına dəstək verdiyini əlavə edib.

(Modern.az)



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar