Paşinyan üçün yolun sonu görünməyə başladı artıq

22 Noyabr 2020 09:36    229 Baxış   
 Paşinyan üçün yolun sonu görünməyə başladı artıq
Ermənistanda rusların Nikol Paşinyanı əvəzləməyə ən ciddi namizədlərindən biri - "Vətən" partiyasının dekabrın 8-də 41 yaşını tamamlayacaq sədri Artur Vanetsiyan çox ciddi bəyanatla çıxış edib.

O, Yerevanda Paşinyanın istefa tələbiylə keçirilən mitinqdə rəsmi şəkildə elan edib ki, hakimiyyətə gələrlərsə, atəşkəs razılaşmasını pozmaq və müharibəni bərpa etmək niyyətləri yoxdur.

Məlumat üçün bildirim ki, Paşinyanın komandasında Milli Təhlükəsizlik Xidmətinin rəhbəri postunu tutmuş və sonra da istefa vermiş Vanetsiyan Rusiya FTX-nın Akademiyasını fərqlənmə diplomu ilə bitirib, Rusiyaya da sədaqətiylə seçilən generallardan sayılır.


Onun istefasının səbəbləriylə bağlı 2019-cu ildə yayılan məşhur səs yazısından da aydın olurdu ki, Vanetsiyan Ermənistandakı "rus kadrları"nın, xüsusən də Xaçaturovun və Koçaryanın həbsinin Rusiya ilə münasibətləri gərginləşdirəcəyini deyərək, bu həbslərə qarşı olub.

Beləliklə, Vanetsiyanın bəyanatı göstərir ki, Ermənistanda artıq Rusiya və Türkiyənin vasitəçiliyi ilə qəbul edilmiş atəşkəsi Sülh Sazişinə çevirməyə hazır qüvvələr var və Paşinyanın vurnuxmalarla vaxtı uzatması heç nəyi dəyişməyəcək...

Elxan Şükürlü

Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar