Prezident: "Azərbaycan ilə Türkmənistan arasında əməkdaşlıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib"

25 Sentyabr 2021 16:21    152 Baxış   
Prezident: "Azərbaycan ilə Türkmənistan arasında əməkdaşlıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib"

"Azərbaycan ilə Türkmənistan arasındakı əlaqələr ortaq milli-mənəvi dəyərlər ilə bir-birinə sıx bağlı olan qardaş xalqlarımızın iradəsindən qaynaqlanır".

Dominant.az xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistanın dövlət başçısı Qurbanqulu Berdiməhəmmədova ünvanladığı təbrik məktubunda əksini tapıb.

"Məmnunluqla qeyd etmək istəyirəm ki, müstəqillik illəri ərzində ölkələrimiz və xalqlarımız arasındakı ənənəvi dostluq və mehriban qonşuluq münasibətləri daha da möhkəmlənmiş, qarşılıqlı faydalı əməkdaşlığımız strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş və yeni məzmun kəsb etmişdir.

İnanıram ki, möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimiz, zəngin potensiala malik ikitərəfli və çoxtərəfli əməkdaşlığımız bundan sonra da dinamik və ardıcıl şəkildə inkişaf edərək xalqlarımızın mənafelərinə xidmət edəcəkdir", - Azərbaycan Prezidenti bildirib.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar