Prezident mühüm fərman imzaladı

25 Fevral 2021 18:33    830 Baxış   
Prezident mühüm fərman imzaladı

Azərbaycan Respublikası Prezidentinin "Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında” 2013-cü il 26 dekabr tarixli 61 nömrəli Fərmanında və "Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və ondan istifadə sahəsində əlavə tədbirlər haqqında” 2014-cü il 15 oktyabr tarixli 774 nömrəli Sərəncamında dəyişiklik edilib.

Anews.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Dəyişikliyə əsasən, Böyükşor və Zığ göllərindən istifadə və onların mühafizəsi sahəsində idarəetmə bundan sonra İqtisadiyyat Nazirliyinə deyil, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həvalə edilir.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar