“Prezidentin Rusiya səfərinin ardınca vəziyyətin bu cür gərginləşməsi səbəbsiz deyil…”

24 İyul 2021 12:12    373 Baxış   
“Prezidentin Rusiya səfərinin ardınca vəziyyətin bu cür gərginləşməsi səbəbsiz deyil…”

“Nəzərə alaq ki, Ermənistanın sərhədləri ötən ilin sonundan, bu ilin əvvəllərindən daha çox Rusiya qüvvələri tərəfindən müdafiə olunur, nəinki Ermənistan qüvvələri tərəfindən. Eynilə də sülhməramlıların olduğu zonada hər halda Rusiya qoşunları bütün erməni silahlı qüvvələrinə nəzarəti əlində saxlayır. Həmin qüvvələr ordan çıxarılmalıydı, amma çıxarılmayıb. Ona görə də biz orda vaxtaşırı atışmaların şahidi oluruq”

Dominant.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev erməni təxribatı haqda danışarkən deyib. Onun sözlərinə görə baş verən hadisələr siyasi xarakter daşıyır:

“Düşünürəm ki, orda çox mürəkkəb bir proses baş verir. Bu təkcə erməni məsələsi deyil. Nəzərə alaq ki, Ermənistanın sərhədləri ötən ilin sonundan, bu ilin əvvəllərindən daha çox Rusiya qüvvələri tərəfindən müdafiə olunur, nəinki Ermənistan qüvvələri tərəfindən. Eynilə də sülhməramlıların olduğu zonada hər halda Rusiya qoşunları bütün erməni silahlı qüvvələrinə nəzarəti əlində saxlayır. Həmin qüvvələr ordan çıxarılmalıydı, amma çıxarılmayıb. Ona görə də biz orda vaxtaşırı atışmaların şahidi oluruq. Digər tərəfdən atışmalarla bağlı məlumatları həm Ermənistan, həm Rusiya və həm də Azərbaycan tərəfindən biz son günlər ərzində izləyəndə çox ziddiyyətli məlumatların şahidi oluruq. Elə məsələn, dünən Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata görə orda vəziyyət çox gərgin qalırdı, amma erməni tərəfi olduqca sakit informasiya verirdi və deyirdi ki, bəzi atışmalar olur və bunlar çox lokal xarakter daşıyır və vaxtaşırı baş verir. Ona görə də mən bunu sadəcə hərbçilərin özfəaliyyəti kimi qiymətləndirməzdim. Mən bunu siyasi proseslərin tərkib hissəsi kimi görürəm və düşünürəm ki, həm Paşinyanın, həm də bizim Prezidentin Rusiya səfəri və ardınca vəziyyətin bu cür gərginləşməsi səbəbsiz deyil”.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar