Prokuror Rövşən Əkbərova 11 il iş istədi

13 Oktyabr 2021 14:32    48 Baxış   
Prokuror Rövşən Əkbərova 11 il iş istədi

Bakı Hərbi Məhkəməsində 20 il öncə Ukraynada iş adamı Elçin Əliyevi öldürməkdə təqsirləndirilən, sabiq birlik komandiri general-leytenant Rövşən Əkbərovun məhkəmə prosesi keçirilib.

Dominant.az xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək cinayətin üzərindən 20 ildən uzun müddət keçdiyini bildirib. Buna görə R.Əkbərovun ittiham edildiyi Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddənin təsirdən düşdüyünü nəzərə olaraq, onun 12.1, 120.2.2 (qəsdən adam öldürmə) maddələri ilə təqsirli bilinməsini istəyib.

Prokuror Rövşən ağayevin 11 il azadlıqdan məhrum edilməsini təklif edib.

R.Əkbərovun vəkilləri çıxış üçün vaxt istəyiblər. Proses 22 oktyabrda davam etdiriləcək.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar