Putin Əfqanıstandakı terrorçulardan danışdı

13 Oktyabr 2021 22:02    198 Baxış   
Putin Əfqanıstandakı terrorçulardan  danışdı

“İraq və Suriyadan Əfqanıstana aktiv şəkildə terrorçular göndərilir. Onlar MDB ölkələrində sabitliyi pozmağa çalışa bilərlər”.

Dominant.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin MDB ölkələrinin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərləri ilə görüşündə deyib.

O qeyd edib ki, Əfqanıstan sərhədindəki vəziyyəti daim monitorinq etmək və silahlılara qarşı hazır olmaq və bunun üçün güc strukturlarının işini əlaqələndirmək, lazım gələrsə birgə xüsusi əməliyyatlar aparmaq labüddür.

“MDB ölkələrinin kəşfiyyat xidmətlərinin vəzifələrindən biri Əfqanıstan ərazisindən potensial təhlükələri zərərsizləşdirməkdir. Bu ölkədə baş verən hadisələrin Mərkəzi Asiya, Cənubi Qafqaz və digər bölgələrdəki vəziyyətə nə qədər ciddi təsir göstərə biləcəyini çox yaxşı anlayırıq”, - deyə Putin bildirib.

(Modern.az)



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar