Rus sülhməramlıları Qarabağda separatçıların yürüşünə qatıldı - VİDEO

21 Fevral 2021 16:35    956 Baxış   
Rus sülhməramlıları Qarabağda separatçıların yürüşünə qatıldı -  VİDEO

Ötən gün Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında sərbəst fəaliyyət göstərən erməni separatçıları 1988-ci il 20 fevralda başlayan və bölgəni müharibəyə soxan, minlərlə günahsız azərbaycanlının qətliamına səbəb olan “Miatsum” hərəkatının 33 illiyini qeyd ediblər.

Qondarma və keçmiş “dqr”in qondarma lideri Araik Arutyunyanın “prezident” kimi başçılıq etdiyi “təntənəli mərasim”də rus sülhməramlılarının da olması azərbaycanlı sosial şəbəkə istifadəçiləri tərəfindən kəskin etirazla qarşılanıb.

Ermənistan separatçıları faktiki olaraq rus sülhməramlılarının yaratdığı şəraitdən istifadə edərək, yeni separatizmin və terrorun əsasını qoyur, ciddi surətdə təşkilatlanır və Azərbaycan ərazilərində varlıqlarını davam etdirirlər. Rus sülhməramlıları isə onların ayaqda qalması üçün Azərbaycan ordusunun qarşısında sipər rolunu oynayır və ermənilərin müharibə hazırlığını himayə edir.

Rus sülhməramlılarının separatçıların “bayrağı” altında keçirilən “anım mərasimi”nə qatılmasını əks etdirən videonu təqdim edirik:

" target="_blank">
bakupost.az



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar