Rusiya iki alman diplomatı ölkədən qovdu

20 Dekabr 2021 20:22    382 Baxış   
Rusiya iki alman diplomatı ölkədən qovdu

Almaniyanın iki rus diplomatı ölkədən çıxarmaq qərarına cavab olaraq Rusiya Almaniyanın Moskvadakı səfirliyinin iki əməkdaşını persona non-qrata elan edib.

Dominant.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik gələcəkdə Berlinin Rusiyaya qarşı hər hansı potensial hücumlarına mütənasib şəkildə cavab verəcəyini vurğulayıb.

Almaniya Rusiyanın qərarının əsassız olduğunu bildirib.

Qeyd edək ki, dekabrın 15-də Berlin Ali Məhkəməsi Gürcüstan vətəndaşı Zelimxan Xanqoşvilinin qətli işi üzrə Rusiya vətəndaşına ömürlük hökm çıxarıb. Məhkəmə prokurorluğun qətlin Rusiya Federasiyasının dövlət strukturları adından törədildiyi barədə arqumentləri ilə razılaşıb. Bundan sonra Almaniya Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin iki əməkdaşını persona non-qrata elan edib.

(Modern.az)



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar