Rusiya istəsə, üçüncü savaş olacaq - Koçaryan

07 Aprelel 2021 11:16    546 Baxış   
Rusiya istəsə, üçüncü savaş olacaq -  Koçaryan

Ermənistanın ikinci Prezidenti Robert Koçaryan Rusiya 1-ci televiziya kanalının “Pozner” proqramı efirində məşhur Moskva jurnalisti Vladimir Poznerə müsahibə verərkən Putinin İkinci Qarabağ Müharibəsində oynadığı rola işıq salıb. Maraqlıdır ki, indinin özündə də, təkcə ermənilər deyil, biz də bu suala cavab axtarmamış deyilik.

Dominant.az xəbər verir ki, Koçaryanın müsahibəsini KONKRET.az-a şərh edən Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli bir neçə vacib məqama diqqət çəkib.

Çıxan nəticələrə baxaq:

1.Koçaryan: Putin qarışmasaydı, “Azərbaycan Dağlıq Qarabağı bütövlükdə alacaqdı”.

2. Koçaryan Ermənistanda bəzi qüvvələrin İrəvanın müharibədə məğlub olmasında Rusiyanı günahlandırmağa çalışdıqlarını qeyd edib.

3. “Bu mövzu çoxdan, hələ müharibədən əvvəldən, xüsusilə Ermənistanın Rusiya meylli olmasından narazı qüvvələr tərəfindən hallandırılır. İndi yeni vəziyyət yaranıb, və həmin qüvvələr Rusiya əleyhinə əhval-ruhiyyələri qızışdırmaq üçün dəridən-qabığdan çıxırlar. Lakin Rusiya müharibəni təhrik etməyib, Rusiya onu dayandırmaq üçün bütün mümkün imkanlardan istifadə edib”, – Koçaryan deyib.

4. “Ermənistan ordusu indi elə bir vəziyyətdədir ki, ayıq düşüncəli heç bir insanın ağlına revanş haqqında fikir gəlməz”, – deyə Koçaryan “əgər hakimiyyətə gəlsə, revanş haqqında düşünəcəkmi” sualının cavabında bildirib.

5. O, həmçinin deyib ki, “ədalətsiz sülh uzunmüddətli və əbədi ola bilməz”.

6. “Odur ki, vəziyyətə bu cür baxmaq lazımdır: biz münaqişəyə son qoymaq istəyiriksə, gərək onun ədalətli həllini tapaq,” – Koçaryan əlavə edib. Robert Koçaryan, həmçinin, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti rayonlarına daxil olan itirilmiş ərazilərin bəzi hissələrinin qaytarılması ətrafında danışıqlar aparılmasını mümkün hesab edir.

7. O, sözügedən ərazilərin hansı statusda qaytarılmasını deyə bilməsə də, müəyyən perspektivlər olduğunu bildirib.

Ümumi Nəticə:

1. Müharibəni Rusiya yox, Ermənistan uduzub fikrini tirajlamaq.

2. İndiki hakimiyyətdən (Paşinyan) Rusiya narazıdır.

3. Revanş indi mümkün deyil, amma mümkündür. Rusiya istəsə, üçüncü savaş olacaq.

4. Çünki indiki status “ədalətsiz”dir.

5. Nikol Paşinyan Azərbaycan üçün ən ideal tərəfdaşdır.

6. Revanşistlər həmişə hakimiyyətə gəlmək imkanına malikdir və potensial təhlükələri Koçaryan da qeyd edir.

7. Mütləq bir müharibəyə ehtiyac olduğunu deyir, bu, Nikol devrilən günün sabahısından başlaya bilər.

8. Müharibəni Moskva istəyir? – Ən azından Koçaryan onun imicini xilas etməyə çalışır.
Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar