Rüstəm Muradovun vəzifədən gedəcəyi xəbəri təkzib edildi

15 May 2021 17:34    799 Baxış   
Rüstəm Muradovun vəzifədən gedəcəyi xəbəri  təkzib edildi

General-leytenant Rüstəm Muradov daha altı ay sülhməramlı qüvvələrin komandanı olaraq vəzifəsinə davam edəcək.

Dominant.az xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.

Qeyd edək ki, bir müddət öncə Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandiri general-leytenant Rüstəm Muradovun vəzifəsindən kənarlaşdırılması barədə erməni mətbuatında xəbərlər dərc olunmuşdu.

Yayılan xəbərlərə görə, R.Muradovun yerinə Cənub Hərbi Dairə komandanının müavini, general-leytenant Aleksey Avdeyevin təyin olunacağı bildirilmişdi.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar