“Siyavuş Novruzov YAP və Milli Məclisdən qovulsun!”

08 Aprelel 2021 13:48    553 Baxış   
“Siyavuş Novruzov YAP və Milli Məclisdən qovulsun!”

“YAP-ın və Milli Məclisin təəssübünü çəkən, YAP-a və Milli Məclisə hörmət qoyulmasını istəyən ziyalı insanlar varsa, Naxçıvandakı 5 saylı Şahbuz-Babək Seçki Dairəsindən 20 ildir YAP-ın dəyişməz deputatı olan Siyavuş Novruzovun YAP-dan və Milli Məclisdən qovulması barədə təşəbbüs qaldırmalıdırlar”.

Dominant.az xəbər verir ki, bu açıqlama ilə Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü çıxış edib. O, bildirib ki, S. Novruzovun Müsavat TV-nin efirinə sərxoş çıxması bu addımı zəruri edir:

“Bunun üçün tam hüquqi əsas da var: adam efirlərə içkili halda gəlir, anlaqlı durumda deyil və qeyri-etik davranışları təkrarlanan xarakter alır!

Onu YAP-dan və Milli Məclisdən qovmadıqca, Siyavuş Novruzov YAP-ın və Parlamentin dəyişməz siması olaraq qalacaq!”.

(yenisabah.az)

Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar