“Soçi” Valdayından “internet” Valdayına qədər Putin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı nə dedi

23 Oktyabr 2020 15:48    605 Baxış   
 “Soçi” Valdayından “internet” Valdayına qədər  Putin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı nə dedi

"Prezidentin “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı təsdiqləndi, de-fakto icra olunur və Putin bunları təsdiqlədi. O, həmçinin dedi ki, Azərbaycan ərazilərinin işğalının davam etməsi qəbuledilməzdir".

Dominant.az xəbər verir ki, bunu sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov Rusiya prezidenti Vladimir Putinin Valday çıxışını şərh edərkən bildirib.

T.Zülfüqarov bildirib ki, Putin "ikimənalı fikirlərsiz2 də ötüşməyib:

"A) Bu fikir yalnız işğal olunmuş ərazilərə, yoxsa hamısına aiddir...;

B) məntiqsiz və tamamilə yalan tarixi ekskurs “Dağlıq Qarabağ” adlı virtual siyasi substansiyanı vurğulamaq məqsədi daşıyır (icma rəhbəri Səncəliyevə “salamlar”);

C) Türkiyə ilə mövqelərdə fikir ayrılığı qeyd olunur ki, bu da Rusiya KİV-lərində antitürk şüvənini izah edir;

D) Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazilərində gedən hərbi əməliyyatlara Rusiyanın müdaxilə etməyəcəyi haqda mənalı bəyanatın səsləndirilməsi".

Sabiq nazir hesab edir ki, yuxarıda sadalananlar Rusiyanın mövqeyinin müəyyən dərəcədə erməniyönlü təbliğati dəyişikliklə bərabər neytral olması deməkdir: "“Belə bir mövqeyə səbəb nədir?” sualına cavabında mən 3 əsas amili qeyd edərdim:

1. Rusiyada Ermənistanla strateji tərəfdaşlığa marağın itməsi (həddin artıq çox real problem və çox az siyasi dividend);

2. Yalnız Paşinyanın deyil, ümumiyyətlə, erməni ictimaiyyətinin səmtinin “Rusiyameyllidən” “Qərbyönlüyə” dəyişməsi (yeni mədəni seçim);

3. ABŞ-ın dəstəyi ilə Türkiyənin Cənubi Qafqazda hərbi-siyasi mövqeyinin sürətli və qətiyyətli aktivləşməs.

Və ən əsası, yuxarıda göstərilən amilləri nəzərə alaraq, Azərbaycan Prezidenti və Azərbaycan xalqının dövlətin ərazi bütövlüyünü və suverenliyini bərpa etməyə hazır olduqlarını yeni və açıq şəkildə bəyan etməsi".

"Yeni status-kvo məhz budur və yeni təmas xətti bunun təsiri altında formalaşacaq", - deyə keçmiş XİN rəhbəri vurğulayıb.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar