Sülhməramlılar Qarabağın bu ərazilərindən ÇIXDI

05 May 2022 19:32    2638 Baxış   
Sülhməramlılar Qarabağın bu ərazilərindən ÇIXDI

Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları iki nəzarət-buraxılış məntəqəsini ləğv edərək oradan çıxıblar.

Dominant.az xəbər verir ki, sökülən hər iki nəzarət-buraxılış məntəqəsi Xocavənd və Xocalı ( Sos və Xaçmaç kəndləri - red. ) rayonlarında yerləşirdi.

Bildirilib ki, sülhməramlılar həmin kəndlərdə nəzarət-buraxılış məntəqəsi saxlamağı mənasız hesab edib, ona görə də onu söküblər.

Ərazidən çıxan rusiyalı hərbçilərin hara köçürülməsi haqqında məlumat verilməyib.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar