“Taliban” beynəlxalq ictimaiyyətdən vaxt istəyir

25 Sentyabr 2021 18:35    355 Baxış   
“Taliban” beynəlxalq ictimaiyyətdən vaxt istəyir

"Beynəlxalq ictimaiyyət “Taliban” hərəkatını mühakimə etməzdən əvvəl 20 ay vaxt verməlidir".

Dominant.az TASS-a istinadən xəbər verir ki, bunu "Taliban" Əfqanıstanda elan etdiyi müvəqqəti hökumətin iqtisadiyyat naziri Kari Din Məhəmməd Hənif bildirib.


“Biz əvvəlki rejim kimi dünyadan bizə yardım göstərməsini və ya bizimlə əməkdaşlıq etməsini istəmirik. Dünya ictimaiyyəti öncəki hakimiyyətə 20 il kömək etdi, amma yenə də onlar uğursuz oldular. Qoy dünya bizə 20 ay versin, sonra uğur qazanıb-qazanmadığımıza dair mühakimə etsin”, - o deyib.

(Report)



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar