Tam əyani tədrisə qayıtmağın şərtləri AÇIQLANDI

24 İyun 2021 12:29    260 Baxış   
Tam əyani tədrisə qayıtmağın şərtləri  AÇIQLANDI

“Növbəti tədris ilində hibrid, yoxsa tam əyani tədrisə keçiləcəyi barədə dəqiq fikir söyləmək çətindir. Tam vaksinasiya həyata keçirilərsə, tam əyani tədrisə keçmək də nəzərdə tutulur”.

Dominant.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib.

Onun sözlərinə görə, bu mövzu yenə də Nazirlər Kabineti yanında operativ qərargahın qərarından asılı olacaq:

“Biz ümidliyik və düşünürük ki, tam əyani tədrisə geri dönəcəyik. Bunun üçün də bütün təhsil işçilərinin vaksinasiyasından keçməsi vacib şərtdir”.

(apa.az)
Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar