Tanınmış hakim vəfat etdi

13 İyun 2020 11:00    1479 Baxış   
Tanınmış hakim vəfat etdi

Bakı Apellyasiya Məhkəməsinin hakimi Əflatun İbrahim oğlu Qasımov bu gecə vəfat edib.


Dominant.az-a yaxınlarının bildirdiyinə görə, 65 yaşlı hakim Bakı şəhərində yaşadığı mənzilində ürək tutmasından keçinib.

Qeyd edək ki, 1955-ci ildə Masallı rayonunun Boradigah qəsəbəsində anadan olan Əflatun Qasımov 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Bir müddət müxtəlif vəzifələrdə işlədikdən sonra 1993-cu ildə Xaçmaz Rayon Məhkəməsinə hakim təyin edilib. 2000-ci ildə isə Sumqayıt Hərbi Məhkəməsinə hakim təyin edilib. 2007-2008-ci illərdə isə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim olub.

2008-ci ildən isə Bakı Apellyasiya Məhkəməsində hakim vəzifəsində işləyirdi.


Azər İsrafilov



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar