"Təyin edilən kadrlar orduda böyük nüfuza malikdirlər və təcrübələri var" - Ekspert

24 İyul 2021 18:42    897 Baxış   
"Təyin edilən kadrlar orduda böyük nüfuza malikdirlər və təcrübələri var" -  Ekspert

Prezident İlham Əliyevin sərəncamı ilə general-leytenant Kərim Vəliyev Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edildi. Mövcud şəraitdə Kərim Vəliyevin belə mühüm posta təyin edilməsi müzəffər Azərbaycan ordusunun daha da güclənməsi istiqamətində atılan addımlardan biri kimi dəyərləndirilir. Çünki Kərim Vəliyev kabinet generalı olmayıb və Qarabağ müharibələrində şəxsən iştirak edib.

Dominant.az xəbər verir ki, hərbi ekspert Emin Həsənli konkret.az-a açıqlamasında bildirib ki, Prezidentin rəhbərliyi altında ordu quruculuğunda böyük nəaliyyətlər əldə edilib: “Vətən müharibəsi bunu bir daha sübut etdi. Ali Baş Komandan atdığı bütün addımları özü yaxşı bilir. Keçən zaman da onu göstərir ki, aparılan islahatlar ölkəmiz və dövlətimiz üçün çox böyük nəticələr qazandırıb. Ordu quruculuğu sahəsində də ölkə Prezidenti kadr islahatlarına hər zaman önəm verib və bacarıqlı şəxsləri irəli çəkib. Proses bu gün də davam etdirilir. Yeni Baş Qərargah rəisinin və müdafiə nazirinə yeni müavinlərin təyin edilməsi islahatların tərkib hissəsidir. Bu islahatlar nəticəsində ordumuz daha da güclənəcək və təkmilləşdiriləcək. Təyin edilən kadrlar orduda böyük nüfuza malikdirlər və təcrübələri var. Hesab edirəm ki, bu dəyişikliklər ordumuz üçün çox uğurlu olacaq”.


Hərbi ekspertin sözlərinə görə, bir çox generallarımız 44 günlük Vətən müharibəsində iştirak edib və verilən tapşırıqları yüksək səviyyədə yerinə yetirib: “Bunun nəticəsidir ki, torpaqlarımız düşmən tapdağından azad olunub. Bizim bir neçə generalımız var ki, hər iki Qarabağ müharibəsinin iştirakçısı olub. Bunlardan biri də Kərim Vəliyevdir. Şəxsi heyət arasında bu generalların çox böyük nüfuzu var. Bu nüfuz da ona imkan verəcək ki, gələcəkdə ordu quruculuğunda daha dinamik, uğurlu və peşəkar addımlar atılsın”.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar