Türkiyə İƏT-in təcili iclasını çağırır

15 May 2021 19:57    623 Baxış   
Türkiyə İƏT-in təcili iclasını çağırır

Mayın 16-da İslam Əməkdaşlıq Təşkilatının (İƏT) təcili iclası keçiriləcək.

Dominant.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Türkiyə Fələstin və İƏT-ə rəhbərlik edən Səudiyyə Ərəbistanı rəsmiləri ilə məsləhətləşmələr apardıqdan sonra mayın 16-da xarici işlər nazirləri çərçivəsində qurumun videokonfrans formatında təcili iclasının keçirilməsinə qərar verilib.

“İclasda İsrailin Fələstin torpaqlarına hücumu ilə bağlı İƏT və beynəlxalq səviyyədə atıla biləcək addımlar müzakirə olunacaq”, – məlumatda bildirilib.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar