Ürəyinizi buz kimi saxlayın, yaxın zamanda hər şeyi görəcəyik

12 Noyabr 2020 11:20    786 Baxış   
Ürəyinizi buz kimi saxlayın, yaxın zamanda hər şeyi görəcəyik

1. Rusiya istəsəydi, biz nəinki Şuşanı, heç Füzulini da ala bilməzdik.

Aprel dyüşlərini unutmayın, biz biraz irəli gedən kimi, döyüşləri dayandırmağa məcbur etdi bizi.

Bu dəfə Rusiyanın qarışmaması bizim ən böyük uğurlarımızdan biri oldu.

Hətta vurulan helikopterə də göz yumdu, halbuki, biz gözəl bilirik, necə nətiələr ola bilərdi.

2. Bir il əvvəl tərəfimizdən Qarabağa muxtariyət verilməsi müqabilində ermənilər 5 rayonumuzu boşaltsaydılar, küçələrə çıxıb papağlarımızı göyə atardıq.

Bu gün isə rahat divanlarda oturub mövcud nəticələrlə razı olmayanlar var, əfsuslar.

3. Heç bir baza prisniplərində Naxçıvandan keçid məsələsi heç müzakirə belə olunmurdu.

Bu gün isə keçid açılacaq və nəhayət naxçıvanlılar rahat Azərbaycanın digər bölgələrərinə gedə biləcəklər.

4. Şuşa bizimdir, halbuki, onu qaytarmaq ermənilərin planlarında yox idi, hətta “paytaxtı" ora keçirmək istəyirdilər.

5. Dağlıq Qarabağın bütün rayonları Azərbaycanın digər rayonlarına bərabər edildi, yəni heç bir status, avtonomiya filan olmayacaq.

6. Türkiyə ona görə bu məsələyə girişməmişdi ki, ona sərf emtəyən nəticələri qəbul etsin və yaxud bizim gələcəyimizi təmin eməyən qərarlara razılıq versin.

7. İllərlə əsirdə qalanlar evlərinə dönəcək.

8. Neçə-neçə əsgərlərimiz sağ qalacaq.

9. Elə düşünməyək ki, biz hamıdan çox bilirik, yuxarıda oturanlar biz bildiyimizdən az bilirlər.

10. "Mən bilirəm, nəyi, nə vaxt, necə etmək lazımdır” (c).

11. "Политика есть искусство возможного" (c).

12. Yadınızdadır, ilk dəfə atəşkəs haqda saziş imzalananda necə məyus olduq?

Şəxsən mən Füzuliyə yola düşəcəydim yığdığımız yardımları aparmaq üçün, amma xəbəri eşidib evə döndüm, dedim siz gedin, mən qalıram, əsgərlərimizin gözünə baxa bilmərəm bu xəbərdən sonra.

Lakin sonra gördük ki, hər şey düşünülmüşdü.

Odur ki, ürəyinizi buz kimi saxlayın, bu dəfə də belədir, yaxın zamanda hər şeyi görəcəyik.

Sadəcə biraz səbrli olun.

Mənim isə yalnız bir sualım var - Xankəndi, yoxsa Stepanakert? Bu məsələ necə olacaq?

Qalan bütün məsələləri isə mən Azərbaycanın misilsiz Qələbəsi kimi qəbul edirəm.

Eşq olsun Azərbaycana!

Azər Qəribov



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar