Xankəndiyə “Laçın dəhlizi” vasitəsilə 10 ton humanitar yük gətirilib

21 Oktyabr 2021 13:59    227 Baxış   
Xankəndiyə “Laçın dəhlizi” vasitəsilə 10 ton humanitar yük gətirilib

Rusiya hərbçiləri Yerevandakı “Erebuni” aerodromundan Xankəndiyə “Laçın dəhlizi” vasitəsilə 10 ton humanitar yük gətiriblər.

Bir həftə ərzində Laçın dəhlizindən Dağlıq Qarabağa və əks istiqamətə 200-dən artıq tranzit nəqliyyat vasitəsinin və 1000-ə yaxın adamın təhlükəsiz gəliş-gedişi təmin olunub.

Dominant.az xəbər verir ki, məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.

Məlumatda deyilir ki, 27 müşahidə postu avtomobil nəqliyyatı və adamların Qarabağa və əks istiqamətə təhlükəsiz gediş-gəlişini sutka boyunca təmin edir.

O da qeyd olunur ki, “mümkün provokasiyaların qarşısını almaqdan ötrü” bütün avtonəqliyyat vasitələri yoxlanır. “Müəyyən günlərdə postdan tikinti materialları olan avtomobil karvanları keçir, onları Rusiya sülhməramlı kontingentinin hərbi polis bölmələri müşayiət edir”, – kontingentin təmsilçisi Yevgeni Mişin deyib.

Müdafiə Nazirliyi postların hamısında videomüşahidə kameralarının yerləşdirildiyini qeyd edib.

Laçın dəhlizində və Qarabağda ümumilikdə 27 müşahidə postunun qurulduğu vurğulanıb.

Ötən il noyabrın 10-da Azərbaycan və Ermənistan Rusiyanın vasitəçiliyi ilə atəşkəs razılaşması imzalayıb. Sənədə əsasən, 44 gün davam edən hərbi əməliyyatlar dayanıb, Laçın dəhlizi və qoşunların təmas xəttinə isə Rusiya hərbçiləri yerləşdirilib.

(Modern.az)



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar