15 sentyabr Bakının Azadlığı Günüdür

15 Sentyabr 2022 10:48    10986 Baxış   
15 sentyabr Bakının Azadlığı Günüdür

Sentyabrın 15-i Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunmasının 104-cü ildönümüdür.

1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı altında idi.Müstəqilliyə təzə qovuşmuş, beynəlxalq aləmdə tanınmayan dövlətimizin ərazi bütövlüyünü təmin etmək imkanları yetərincə deyildi.

I Dünya Müharibəsində və ağır durumda olmasına baxmayaraq Osmanlı dövləti qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana göndərdi.

Avropa dövlətlərinin türk qoşunlarının Azərbaycana gəlməsinə etiraz etməsinə baxmayaraq Osmanlı İmperiyası qoşunları Nuru Paşanın komandanlığı ilə AXC ordusu ilə birləşir və Qafqaz İslam Ordusu yaradılır. Avqus-sentyabr aylarında bolşevik-daşnak sovet ordusu ilə döyüş başlayır.Sonradan döyüşə Britaniya, Ermənistan və Rusiya qüvvələri qoşulur.Nəticədə düşmən birliyi 30 mindən artıq canlı qüvvə və ən müasir silahlara, döyüş toplarına sahib olur.

Qafqaz İslam Ordusu hərbi qüvvə baxımından zəif olmasına baxmayaraq qalib gəlir, Bakı işğalçılardan azad edilir.Bu tarixi hadisədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı Gəncədən Bakıya köçürüldü.

Döyüşdə Qafqaz İslam Ordusu 1130-u Osmanlı İmperiyasında olmaqla ümumilikdə 2000-ə yaxın şəhid verdi!

1918-ci il sentyabrın 15-i Bakının işğalçılardan azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir. Hər il sentyabrın 15-i Bakının İşğaldan Olunması günü kimi qeyd edilir, şəhid əsgərlərin xatirəsini anır.

Bakının işğaldan işğaldan azad olunmasında qardaşına kömək edən böyük komandan Nuru Paşa başda olmaq bütün şəhidlərimizə rəhmət diləyir, əziz xatirələrini hörmətlə yad edirik. Qardaşlığımız əbədidir!




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar