AY Partiya başqanı AXCP sədri ilə görüşüb

10 İyun 2021 16:45    415 Baxış   
AY Partiya başqanı AXCP sədri ilə görüşüb

Azərbaycan Yüksəliş (AY) Partiyası Başqanı Anar Əsədli bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Sədri Əli Kərimli ilə görüşüb.

Görüşdə AY Partiya Başqanının Birinci müavini – İcra Aparatının rəhbəri Bəhrəm İsmayılov, Başqan müavini Gülşən Hacıyeva, Baş Məclis sədrinin müavini Rəqibə İsbiyeva, Gənclər Təşkilatının üzvü Ruhəngiz Cəfər iştirak ediblər.

AY Partiya Başqanı partiyanın quruluşu, məramı, hədəfləri haqqında danışıb, ölkədəki siyasi qüvvələrin əməkdaşlığının vacibliyini vurğulayıb.
Onun fikrincə, istər parlament, istərsə yerli özünüidarə orqanlarına keçiriləcək seçkilərə hazırlıq məqsədi ilə partiyalar arasında müzakirələrin başlaması günün tələbidir. Anar Əsədli qeyd edib ki, ölkədə növbədənkənar seçkilərin keçirilməsinə ehtiyac var.

AXCP Sədri isə bildirib ki, Azərbaycanın siyasi qüvvələri arasında demokratik platformanın qurulması vacibdir. O, ölkənin demokratikləşməsini istəyən və bu istiqamətdə fəaliyyət göstərən hər kəslə əməkdaşlığa hazır olduqlarını vurğulayıb.
Görüşdə gündəmə dair digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar