AY Partiyanın Rusiyanın Azərbaycanı işğalının 101-ci ildönümü ilə əlaqədar mesajı

28 Aprelel 2021 14:41    4803 Baxış   
AY Partiyanın Rusiyanın Azərbaycanı işğalının 101-ci ildönümü ilə əlaqədar mesajı
Azərbaycan Yüksəliş Partiyası 28 Aprel – Rusiyanın Azərbaycanı işğalının 101-ci ildönümü ilə əlaqədar müraciət yayıb.

Dominant.az xəbər verir ki, müraciətdə deyilir:

"1920-ci ilin 28 aprel günü Azərbaycan Xalq Cümhuriyyətinin varlığına qarşı işlənən beynəlxalq cinayətin tarixidir. O gün Sovet Rusiyası sadəcə bir ölkəyə və bir millətə qarşı deyil, bəşərə qarşı cinayət törədib, azadlıq, istiqlal, müstəqillik, bərabərlik kimi ideyaları öz qaba gücü ilə tapdaqaltı etdi.

Qafqazın qara günləri Çar Rusiyasının bu bölgəyə gəlişi ilə başladı və hələ də davam etməkdədir. Bəli, Çar Rusiyası yoxdur, ancaq onun ənənəsini əvvəl Sovet Rusiyası, indi də Rusiya Federasiyası özünü Sovet İttifaqının varisi saymaqla davam etməkdədir. Sual olunmalıdır ki, bir dövlət özünü öncəki dövlətin varisi hesab edirsə, onun cinayətlərinə görə də məsuliyyət daşımalı deyilmi?

Azərbaycan xalqının milli istiqlal mübarizəsinin hər dövründə qonşuları ilə sülh və əməkdaşlıq şəraitində yaşamaq istəyinə baxmayaraq, çox vaxt bəzi qonşularından bu münasibəti görə bilmədi. Bu gün Azərbaycan müstəqil və azaddır, ancaq torpaqlarında hələ də sülhməramlılar adı ilə yerləşən Sovetin varisinin ordusu var. Onlar da əvvəl-axır gedəcək, getməlidirlər. Yalnız istiqlal və azadlıq ruhumuz daimyaşar və əbədi olacaq.

AY Partiya rəhbərliyi və üzvləri 101 il əvvəl olduğu kimi, bu gün də milli istiqlalımızın keşiyində duraraq canlarını fəda etmiş vətən şəhidlərimizi ehtiramla yad edir, ruhları qarşısında baş əyir. Dövlət müstəqilliyimiz və ərazi bütövlüyümüz tam təmin olunana qədər hamı kimi, biz də daim vətənimizin keşiyində durmağa, ulu atalarımızın və babalarımızın bizə buraxdığı əmanəti qorumağa and içirik".



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar