Azərbaycan nefti bahalaşıb

18 Sentyabr 2021 12:18    739 Baxış   
Azərbaycan nefti bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 17-də 76,73 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,6 dollar/barel çoxdur.

Bu barədə dominant.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.


FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 76,08 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,96 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 71,37 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,12 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 74,25 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,19 dollar/barel çoxdur.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar