Ukraynadakı partlayışlardan sonra buğdanın qiyməti artdı

10 Oktyabr 2022 17:54    22532 Baxış   
Ukraynadakı partlayışlardan sonra buğdanın qiyməti artdı

Rusiya Silahlı Qüvvələrinin Ukrayna şəhərlərinə raket zərbələrindən sonra Çikaqo birjasında buğdanın qiyməti 4,4 % artıb.

Dominant.az xəbər verir ki, bunu birjaların məlumatları göstərir.

Çikaqo birjasında buğdanın dekabr fyuçersləri buşel üçün 9,18 ABŞ dollarına yüksəlib.

Geosiyasi vəziyyətin gərginləşməsi investorları Ukraynadan buğda ixracı perspektivləri ilə bağlı şübhələrə sövq etdiyi üçün buğdanın qiyməti artıb.

“Bloomberg” xəbər verib ki, Ukrayna məhsullarının tədarükü ilə bağlı problemlər yaranıb. Buna səbəb İstanbuldan yola düşəcək, yoxlanılması üçün gözləyən gəmilərin sayının artmasıdır. (report)


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar