Azərbaycanda məktəbdə dərs zamanı siçovullar sinif otağında gəzişir - VİDEO

09 Dekabr 2021 13:16    260 Baxış   
Azərbaycanda məktəbdə dərs zamanı siçovullar sinif otağında gəzişir -  VİDEO

İmişli rayon Qaravəlli kənd tam orta məktəbinin binası bir neçə illərdir ki, qəzalı vəziyyətdədir. Burada dərs zamanı hətta siçovullar sinif otağında gəzişirlər.

“Xəzər xəbər”in hazırladığı süjetdə bildirilir ki, 1973-cü ildə inşa olunan məktəb binası 153 şagird yerlik nəzərdə tutulub.

Tikildiyi ildən bəri fəaliyyət göstərən təhsil ocağının binası öz istismar müddətini çoxdan başa vurub.

Qaravəlli kənd sakinləri deyirlər ki, vaxtı ilə onların təhsil aldıqları məktəb elə həmin dövrdə də, qəzalı vəziyyətdə olub. Lakin buna baxmayaraq məktəb hər zaman yüksək nəticələr göstərib. Odur ki, yeni məktəb binasının tikilməsinə ehtiyac var.

Məsələ ilə bağlı İmişli Rayon Təhsil Şöbəsindən bildirilib ki, Qaravəlli kənd tam orta məktəbi uyğunlaşdırılmış binada yerləşdirilib. 1973-cü ildə inşa olunan məktəbin vəziyyəti ilə bağlı Təhsil Nazirliyinə müraciət ünvanlanıb. Nazirlik tərəfindən yeni məktəbin tikintisi plana salınaraq təsdiq olunub. Növbəti ildən yeni məktəb binasının tikintisi nəzərdə tutulur.

Ətraflı süjeti təqdim edirik:





Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar