Bakıda 70 yaşlı manyak PEYDA OLUB: Azyaşlı qızlara...

12 Oktyabr 2022 18:02    9418 Baxış   
Bakıda 70 yaşlı manyak PEYDA OLUB : Azyaşlı qızlara...

Bakıda 70 yaşlı manyak peyda olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, Bakı şəhər sakini A.B. polisə ərizə ilə müraciət edərək, axşam saatlarında Heydər Əliyev prospektində qoca bir kişinin onun 9 yaşlı qızına qarşı əxlaqsız hərəkətlər etdiyini bildirib.

Daxil olan şikayət əsasında polis tərəfindən araşdırmalara başlanılıb.

İlkin məlumata görə, sözügedən qocanın 70 yaşı var. Bu onun ilk hərəkəti deyil. Manyak olduğu iddia edilən həmin kişinin daha bir neçə azyaşlı qıza qarşı seksual hərəkətlər etdiyi bildirilir.

Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar