Bakıda narkotik satışında artım - RƏSMİ

17 İyul 2021 19:59    185 Baxış   
Bakıda narkotik satışında artım -  RƏSMİ

Bakı şəhərinin prokurorluq və polis orqanları tərəfindən digər illərdə olduğu kimi 2021-ci ilin birinci yarımilində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilib.

Dominant.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı şəhər prokurorluğunda videokonfrans formatında keçirilmiş əməliyyat müşavirəsində bildirilib ki, hesabat dövründə bu qəbildən olan cinayətlərin aşkarlanması ilə bağlı 711 fakt (1590), satışla bağlı isə 266 (618) fakt artım qeydə alınıb.

Bakı şəhər prokuroru İlqar Abbasov çıxışında narkomanlığa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin hər bir vətəndaş üçün prioritet məsələlərdən biri olmasını, narkotik maddələrin satışı ilə məşğul olan mənbələrin müəyyən edilməsi ilə bağlı polis orqanları ilə birlikdə səmərəli qarşılıqlı fəaliyyətin gücləndirilməsini Bakı şəhərinin tabe rayon prokurorlarından tələb edib.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar