Bakının bəzi ərazilərində su yoxdur

25 Sentyabr 2021 14:18    470 Baxış   
Bakının bəzi ərazilərində su yoxdur

Bakının Nəsimi rayonunda içməli suyun verilişi dayandırılıb.

Bununla bağlı oxu.az-a rayonun Cavadxan küçəsi 29 ünvanında yaşayan sakinlər məlumat verib.

Onlar bildiriblər ki, bir neçə saatdır su yoxdur.

Məsələ ilə bağlı “Azərsu” ASC-dən oxu.az-a verilən məlumata görə, ərazidə qəza baş verib:

“Hüseynbala Əliyev küçəsində su xəttində sızma qeydə alınıb. Bu səbəbdən ərazidə təmir işləri gedir. Təmir yekunlaşdıqdan sonra bir neçə saat ərzində içməli suyun verilişi bərpa ediləcək”.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar