Basarkeçərdən atılan güllənin cavabı Qərargah rəisinin ilk tapşırıq əmri olacaq

23 İyul 2021 18:01    985 Baxış   
Basarkeçərdən atılan güllənin cavabı Qərargah rəisinin ilk tapşırıq əmri olacaq
Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə General-leytenant Vəliyev Kərim Müdafiə Nazirinin müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək, Müdafiə Nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edildi. Dövlət başçısının bu təyinatından sonra, elə bu gün saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Ordumuzun Kəlbəcər rayonundakı mövqelərini atəşə tutdu. Qarşı tərəfdən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz gizir Yaqublu Fərman Telman oğlu şəhid oldu.

Maraqlıdır, düşmənin növbəti silahlı təxribatının səbəbi məhz yeni Baş Qərargah rəisi təyinatı ola bilərmi?

Beynəlxalq məsələlər üzrə şərhçi Dominant.az-a açıqlamasında bu suala aydınlıq gətirib:

“Prezidentin Daşkəsəndən (Kəlbəcərin bir addımlığı) verdiyi bəyanatlar sübut etdi ki, atılan hər erməni gülləsinə 10 qat artıq cavab veririk. Və dünən prezident sözləri ilə Ermənistanın güllələrinə qlobal stratejisi ilə cavab verdi. Bəs nədir proses?
Çox sadə, erməni tərəfi uduzduğu müharibədə son patronlarını xərcləməkdədir. Bitmiş müharibədən sonra ikinci savaş olmayacaq, amma maraqlı bir proses gedir: Qarabağ dərdi-səri, qan-qadası ilə Azərbaycanın içərisindən çıxıb (Dağlıq Qarabağ münaqişə termini kimi) Ermənistanın sərhəd boyu ərazilərində balaca-balaca Qarabağlar yaratmaqdadır. Yəni artıq Ermənistan "Qarabağlaşır"”.

“Bu gün ayağının tozu ilə Baş Qərargah rəisi təyin edilən Kərim Vəliyev ilk iclasında iştirakı zamanı ilk şəhidimizi verdik. Erməni tərəfi artıq Vəliyevi yaxşı tanıyır. Polad Həşimovun şəhid olması ilə bağlı xəbəri səsi boğula-boğula, dərin kədər içərisində verdiyi an bütün Azərbaycan ağlayırdı. Ardınca isə başlayan müharibədə general Vəliyevin oynadığı rol... Vəliyev bu gün öz kreslosuna əyləşdiyi anda Ali Baş Komandandan alıdığı xüsusi tapşırığın icrasına başlayacaqdı. Basarkeçərdən atılan güllənin cavabı Qərargah rəisinin ilk tapşırıq əmri olacaq.
Çünki Ali Baş Komandandan əmr və tapşırıqlar daxil oldu. Gözləyək!”, - deyə Ə.Əlibəyli qeyd edib.

Xanlar Əlibəy



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar