Çavuşoğlu: “Qərənfillər Xarı bülbüllə birgə çiçəkləyir”

20 Yanvar 2021 12:37    417 Baxış   
Çavuşoğlu:  “Qərənfillər Xarı bülbüllə birgə çiçəkləyir”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yanvarın 20-də canlarını Azərbaycanın istiqlalı uğrunda qurban verən şəhidlərlə bağlı “Twitter” hesabında paylaşım edib.

Dominant.az xəbər verir ki, paylaşımda deyilir: “20 yanvar 1990-cı ildə Can Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda edən qardaşlarımızı rəhmətlə anıram. Şəhidlərin simvolu olan qərənfillər bu gün Azərbaycan torpağının simvolu Xarı bülbül ilə birlikdə çiçəkləyir. Üç rəngli bayrağınla xoşbəxt yaşa, Can Azərbaycan!”.

Nazir Türkiyə və azərbaycan bayraqlarını da paylaşımına əlavə edib.





Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar