Çingiz Hüseynov: "Vətənim Azərbaycanı Şuşasız, Laçınsız təsəvvür etmirəm"

16 Oktyabr 2020 16:12    241 Baxış   
Çingiz Hüseynov:  "Vətənim Azərbaycanı Şuşasız, Laçınsız təsəvvür etmirəm"

"Mən Şuşasız, Laçınsız Vətənim Azərbaycanı təsəvvür etmirəm və etməyəcəm də”.

Dominant.az xəbər verir ki, bunu İsraildə yaşayan dünya şöhrətli azərbaycanlı yazıçı Çingiz Hüseynov Sosial Tədqiqatlar Mərkəzinə açıqlamasında deyib.

Ç.Hüseynov bildirib ki, dünyaya sözü çoxdur: “Qələmim nə ölümə çağırır, nə ölməyə. Müharibə görək nə ilə nəticələnək. Müharibə bir tərəfdən labüddür, çünki başqa cür mümkün deyil. Müharibənin özü XXI əsrdə qan tökmək deməkdir. Ədalətli, ədalətsiz, fərqi yoxdur”.

O daha sonra deyib ki, azərbaycanlı olaraq, bir kəlmə ilə bu günü ifadə edərdi: “Azərbaycanı Şuşasız, Laçınsız təsəvvür etmirəm. Bu cümləm düşünürəm ki, hər şeyi ifadə edir. Yenə də təkrar edirəm, mən Şuşasız, Laçınsız Vətənim Azərbaycanı təsəvvür etmirəm və etməyəcəm də”.

Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar